İlham Əliyev: "Gəncəyə raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib"
Tarix: 11-10-2020 16:16 | Bölmə: Gündəm
İlham Əliyev: "Gəncəyə raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib"

"Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub. Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır".

Reyting.az
xəbər verir ki, bunu Prezident İlham Əliyev Tvitter hesabında yazıb.

Dövlət başçısı qeyd edib ki, həmin raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib: “Nəticədə Azərbaycanın 41 mülki şəxsi həlak olub, 200 nəfərdən çoxu isə yaralanıb. Ermənistan tərəfinin məqsədi işğaldan azad edilmiş əraziləri yenidən işğal etməkdir".

Dövlət başçısı bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır: “Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!”.

Prezident digər mesajında isə bildirib ki, Ermənistanın Gəncəyə raket hücumu Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür. Dövlət başçısı qeyd edib ki, bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər