Prezidentin köməkçisi: "Cəbhədə ermənilərin təxribatı davam edir"
Tarix: 12-10-2020 17:47 | Bölmə: Gündəm
Prezidentin köməkçisi: "Cəbhədə ermənilərin təxribatı davam edir"

“Cəbhədə ermənilərin təxribatı davam edir. Onlar yenə də bizim mülki insanlarımıza atəş açmaqda davam edirlər”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a müsahibəsində deyib.

Onun sözlərinə görə, düşmən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açmaqda davam edir: “Ancaq belə davam edəcəksə bizim Silahlı Qüvvələrimiz də onlara cavab vermək məcburiyyətindədirlər. Bu, növbəti dəfə Ermənistanın insani anlaşmalara necə yanaşmasının bir göstəricisidir”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər