MN: "Düşmənin yaydığı yalan məlumatların məqsədi öz xalqını sakitləşdirməkdir"
Tarix: 14-10-2020 00:12 | Bölmə: Gündəm
MN: "Düşmənin yaydığı yalan məlumatların məqsədi öz xalqını sakitləşdirməkdir"

"Hərbi qurumun nümayəndəsi hər gün mətbuat qarşısına həqiqəti əks etdirməyən məlumatlar və itkilər haqqında yalan statistikalarla çıxmağa məcburdur". 

Reyting.az
xəbər verir ki, bu, Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın Müdafiə Nazirliyinin guya Azərbaycan ordusunun atəşkəsi pozması barədə iddiasına cavabda yer alıb.

Nazirlikdən bildirilib ki, düşmənin belə yalanlarla məqsədi cəbhədə böyük itkilərə məruz qalaraq bir-birinin ardından yaşayış məntəqələrimizi qoyub qaçan Ermənistan silahlı qüvvələrinin uğursuzluqlarını ört-basdır etmək, öz xalqını sakitləşdirmək və eyni zamanda bu təxribat xarakterli məlumatlarla dünya ictimaiyyətinin diqqətini yayındırmaqdır:

"Bir daha rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi əməl edir". 




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər