Prezidentin köməkçisi: “Azərbaycan öz ərazilərini işğaldan azad edir”
Tarix: 14-10-2020 17:21 | Bölmə: Gündəm
Prezidentin köməkçisi: “Azərbaycan öz ərazilərini işğaldan azad edir”

“Azərbaycan öz ərazilərini işğaldan azad edir”.

Bunu bu gün xarici ölkələrin səfirləri, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, münaqişənin həlli prinsipləri müəyyən edilib: “Münaqişənin həlli prosesinə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsi ilə başlana bilər. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilə bilər”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər