İtaliyanın sabiq Xarici İşlər naziri İlham Əliyevə məktub göndərib
Tarix: 14-10-2020 17:31 | Bölmə: Gündəm
İtaliyanın sabiq Xarici İşlər naziri İlham Əliyevə məktub göndərib

İtaliyanın sabiq Xarici İşlər naziri Franko Frattini Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ermənistan ilə Azərbaycan arasında gərginliyin artmasını, Gəncə şəhərinin və Dağlıq Qarabağın digər ətraf ərazilərinin atəşə tutulmasını, insanların, o cümlədən uşaqların həlak olmasına gətirib çıxaran son qarşıdurmanı həyəcanla izləyirəm.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi insanların həlak olması ilə əlaqədar Sizə başsağlığı verir və yaranmış vəziyyətdən dərin narahatlığımı ifadə edirəm.

Hamı beynəlxalq hüquqa, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməlidir.

Ehtiyac yaranarsa və faydalı olarsa, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün öz təcrübələrindən istifadə edərək kömək göstərməyə hazırdırlar.

Məhz bu cür vəziyyətlərdə bütün səviyyələrdə dialoqun aparılmasına ehtiyac var. Bu işdə Sizə dəstək verməyə hazırıq.

Məmnuniyyətlə İtaliya qəzetində Sizin məxsusi müsahibənizi görmək istərdim.

Cənab Prezident, xahiş edirəm Sizə yüksək hörmət və ehtiramımızı qəbul edin”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər