Tofiq Zülfüqarov: “Ermənistan humanitar atəşkəsi pozmaqla ciddi səhvə yol verib”
Tarix: 14-10-2020 17:42 | Bölmə: Gündəm
Tofiq Zülfüqarov: “Ermənistan humanitar atəşkəsi pozmaqla ciddi səhvə yol verib”

“Ermənistan ordusunu işğal altındakı ərazilərdən geri çəkilməyə məcbur edən Azərbaycan əsgəridir”.

Bu sözləri Reyting.az-a Azərbaycanın keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan Baş naziri Nikol Paşinyanın öz xalqına müraciətində Ermənistan ordusunun cəbhənin şimal və cənub istiqamətində geri çəkilməsinə dair açıqlamasını şərh edərkən deyib.

Tofiq Zülfüqarov hesab edir ki, Ermənistan humanitar atəşkəsi pozmaqla ciddi səhvə yol verib: “Onlar atəşkəs rejimini pozaraq Gəncə şəhərində mülki insanları qətlə yetirdilər. Və nəticə olaraq indiki vəziyyətin yaranmasına səbəb oldular. Bu, onların təqsiri ucbatında yaranan vəziyyətdir”.

Keçmiş nazir əlavə edib ki, Azərbaycanın cəbhə xəttində nə qədər irəliləyəcəyi Azərbaycan Ordusundan asılıdır.




Bölməyə aid digər xəbərlər