Pamiq Muxtar Prezidentə müraciət edib: “Ermənilərə muxtariyyət verməyin”
Tarix: 18-10-2020 11:47 | Bölmə: Gündəm
Pamiq Muxtar Prezidentə müraciət edib: “Ermənilərə muxtariyyət verməyin”

Prezident təqaüdçüsü, Şərəf ordenli yazıçı Ramiq Muxtar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə yenidən açıq məktub yazıb.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərində törətdiyi terror aktından hiddətlənən Ramiq Muxtar yazır:

“Cənab Prezident!

Sizin 20 gün ərzində işğalçı Ermənistan ilə apardığınız müharibə günlərinə mən, bir yazıçı kimi nəzər saldıqdan sonra belə qənaətə gəldim ki, Siz sanki hərbi general kimi böyük təcrübəyə maliksiniz. Çünki bu günlər ərzində bir dəfə də olsun səhvə yol vermədən müzəffər yürüşünüzü davam etdirmisiniz.

Cənab Prezident!

Mən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin Gəncə hadisələrinə, mülki insanların, məsum uşaqların qətlə yetirilmələrinə laqeyd yanaşmasına mat qalmışam. Onların Ermənistan kimi faşist bir dövlətlə eyni qurumda təmsil olunmasını, faşistlərlə necə əməkdaşlıq etmələrini, onların hərbi cinayətlərinə susmalarını anlaya bilmirəm.

Mənə elə gəlir ki, Ermənistanın hərbi-siyasi rəhbəri Paşinyan Rusiyanın Xarici işlər naziri Lavrovdan icazə almasaydı növbəti cinayətini törətməyə risk etməzdi. Lavrovun bu işğalçı dövlətin arxasında dayanmaqda məqsədi Laçın və Kəlbəcər rayonlarını Azərbaycandan qoparmaqdır.

Cənab Prezident!

Bir də mənim Sizdən xahişim budur ki, ermənilərə yüksək muxtariyyətin verilməsi məsələsi müzakirə edilməsin. Çünki belə bir muxtariyyətin verilməsi gələcək nəsillərimizi bu qaniçən faşistlərlə yenidən üz-üzə qoya bilər”.

Reyting.az





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər