MN-dən xəbərdarlıq: "Əməliyyatlarla bağlı fikirlər hərbçilərin həyatına təhlükə yarada bilər"
Tarix: 20-10-2020 19:28 | Bölmə: Gündəm
MN-dən xəbərdarlıq: "Əməliyyatlarla bağlı fikirlər hərbçilərin həyatına təhlükə yarada bilər"

Müdafiə Nazirliyi bəzi sosial şəbəkə istifadəçilərinə və KİV-ə müraciət edib.  

Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bu gün keçirilən brifinqdə bildirib ki, bəzi sosial şəbəkə istifadəçilərinin əməliyyatlarla bağlı fikirləri hərbi qulluqçuların həyatına təhlükə yarada bilər.

“Biz bir daha sosial şəbəkə istifadəçilərini və KİV-i yalnız Ali Baş Komandanın çatdırdığı məlumatlara və Müdafiə Nazirliyinin yaydığı məlumatlara istinad  etməyə çağırır”, - deyə o, bildirib.

A.Eyvazov Müdafiə Nazirliyi adından yeni uğurlar münasibəti ilə Azərbaycan xalqını təbrik edib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}