MN: "Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur"
Tarix: 22-10-2020 10:09 | Bölmə: Gündəm
MN: "Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur"

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub: "Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}