13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Azərbaycanda yeniyetmələrin peyvəndlənməsinə başlanılıb
Tarix: 08-09-2021 11:34 | Bölmə: Gündəm
Azərbaycanda yeniyetmələrin peyvəndlənməsinə başlanılıb

Azərbaycanda istisna hallarda (xroniki xəstəlikdən əziyyət çəkənlər və xaricdə təhsil alanlar) 16-18 yaşlı yeniyetmələrə COVID-19 əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına başlanılıb.

Reyting.az
-ın məlumatına görə, vaksinasiyanın aparıldığı Bakı Sağlamlıq Mərkəzindən “Report”a bildiriblər ki, ötən gündən başlayan vaksinasiya üçün 3 yeniyetmə müraciət edərək peyvənd olunub: “Hər üç yeniyetmə xaricdə təhsil almaq üçün vaksin olunub və onların səhhətində heç bir ciddi hal qeydə alınmayıb”.

Qeyd edək ki, 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb edilir. Həmin şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

Vaksinasiya mərkəzləşdirilmiş qaydada Bakı Sağlamlıq Mərkəzində aparılır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər