Azərbaycan və Türkiyə xüsusi təyinatlıları Laçında - Video
Tarix: 09-09-2021 10:42 | Bölmə: Gündəm
Azərbaycan və Türkiyə xüsusi təyinatlıları Laçında

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlim davam edir.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin növbəti günündə xüsusi təyinatlı qruplarla mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması və məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma tapşırıqları icra olunub.

Xüsusi təyinatlılar qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}