Mehriban Əliyeva əməkdar artistin müalicəsini nəzarətə götürüb
Tarix: 09-09-2021 23:42 | Bölmə: Gündəm
Mehriban Əliyeva əməkdar artistin müalicəsini nəzarətə götürüb

Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun müalicəsini nəzarətə götürüb.

Reyting.az
xəbər verir ki, bu barədə “Trend”ə Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu məlumat verib.

Onun sözlərinə görə, hazırda Yaqub Zurufçunun vəziyyəti ilə bağlı məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Yaqub Zurufçunun müalicəsi üçün xaricdən həkim də dəvət olunub.

Qeyd edək ki, koronavirusa yoluxan Yaqub Zurufçu “Yeni Klinika”ya yerləşdirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}