Azərbaycan-Türkiyə sualtı hücum qrupları növbəti mərhələni icra ediblər - Video
Tarix: 10-09-2021 12:10 | Bölmə: Gündəm
Azərbaycan-Türkiyə sualtı hücum qrupları növbəti mərhələni icra ediblər

Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqlərində növbəti mərhələnin tapşırıqları icra olunub.

 Müdafiə Nazirliyindən Reyting.az-a verilən məlumata görə, bu mərhələdə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda şərti terrorçu qrup tərəfindən zəbt edilən gəmidə onların zərərsizləşdirilməsi və gəminin azad edilməsi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.

Helikopter və katerlərin cəlb olunması ilə keçirilən təlimin növbəti mərhələsində qarşıya qoyulan tapşırıqları iki qardaş ölkənin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdirərək dəqiq və effektiv icra ediblər.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}