Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlılarının birgə hərbi təlimləri başlayır
Tarix: 11-09-2021 11:54 | Bölmə: Gündəm
Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlılarının birgə hərbi təlimləri başlayır

Sentyabrın 12-dən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi keçiriləcək.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla bildirir ki, birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.

"Üç qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}