12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Rusiya Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri ilə bağlı yalan məlumat yayıb
Tarix: 19-09-2021 13:36 | Bölmə: Gündəm
Rusiya Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri ilə bağlı yalan məlumat yayıb

Rusiya Müdafiə Nazirliyi erməni tərəfinə istinadla Azərbaycan Ordusunun bölmələrinin Şuşa istiqamətində açdığı atəş nəticəsində iki erməni silahlısının yaralanması barədə məlumat yayıb. Əslində isə bu məlumat həqiqəti əks etdirmir.

Reyting.az
-ın məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov deyib ki, sentyabrın 17-də yayılmış bu məlumat təəccüb və təəssüf doğurur.

Onun sözlərinə görə, bəhs olunan hadisə Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiya Federasiyasının Sülhməramlı kontinqentinin rəhbərliyinin birgə iştirakı ilə araşdırılıb.

Nəticə etibarilə, qeyd olunan tarixdə və göstərilən istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəşin açılmadığı təsbit olunub.

A. Eyvazov əlavə edib ki, hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumatın sonradan tamamilə əks formada təqdim edilməsi anlaşılan deyil.

“Azərbaycan tərəfi üçtərəfli bəyanatın müddəalarına ciddi riayət etməklə ölkəmizin qanunlarına uyğun olaraq bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir", - deyə A. Eyvazov bildirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər