14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Ərdoğan: “Zəngəzur dəhlizinin açılması çətinlikləri aradan qaldıracaq”
Tarix: 19-09-2021 13:50 | Bölmə: Gündəm
Ərdoğan: “Zəngəzur dəhlizinin açılması çətinlikləri aradan qaldıracaq”

Zəngəzur dəhlizinin açılıb-açılmaması siyasi məsələdir.

Reyting.az
xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinin açılmasının əleyhinə olmasına münasibət bildirərkən deyib:

“Bir tərəfdən bunu deyib, digər tərəfdən mənimlə görüşmək istəməsi hər halda düşündürücü məqamdır. Əgər Tayyip Ərdoğanla görüşmək istəyirsənsə bəlli addımlar atılmalıdır. Biz görüşlərə qapalı deyilik.

Gürcüstan Baş naziri Ermənistan Baş nazirinin görüşməklə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistan müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar”.

Türkiyə lideri ümid edir ki, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik aradan qalxacaq.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}