Prokurorluq Ağdamdakı mina partlayışı ilə bağlı məlumat yayıb
Tarix: 21-09-2021 10:12 | Bölmə: Gündəm
Prokurorluq Ağdamdakı mina partlayışı ilə bağlı məlumat yayıb

Prokurorluq Ağdamdakı mina partlayışı ilə bağlı məlumat yayıb.

Rayon prokurorluğundan Reyting.az-a daxil olan məlumatda deyilir:

"21 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində Ağdam rayonunun Qərvənd kəndi ərazisində təmir işləri aparan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator yükləyici traktor ilə sürücü 1972-ci il təvəllüdlü Zəfər Ağayevin tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}