MN: "Azərbaycan Ordusunun əsgəri Xocavənddə minaya düşməyib"
Tarix: 21-09-2021 15:40 | Bölmə: Gündəm
MN: "Azərbaycan Ordusunun əsgəri Xocavənddə minaya düşməyib"

Müdafiə Nazirliyi Xocavənd rayonunda Azərbaycan Ordusunun əsgərinin guya piyada əleyhinə minaya düşməsi ilə bağlı yayılan məlumata cavab verib.

Nazirlikdən Reyting.az-a verilən məlumata görə, sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib: "Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə ümumiyyətlə yayılan məlumatda qeyd olunduğu kimi Nəbiyev Samir Sahib oğlu adlı hərbi qulluqçu yoxdur. Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}