13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
“Moderna"nın rəhbəri: "Pandemiya gələn ilin payızında başa çata bilər"
Tarix: 23-09-2021 14:05 | Bölmə: Gündəm
“Moderna"nın rəhbəri: "Pandemiya gələn ilin payızında başa çata bilər"

"Koronavirusa qarşı dərmanların hazırda artan istehsalı nəzərə alınsa, pandemiya gələn ilin payızında başa çata bilər".

Bunu ABŞ-ın “Moderna” əczaçılıq şirkətinin Baş direktoru Stefan Bansel bildirib.

Onun sözlərinə görə, son altı ay ərzində istehsalat sahələrinin artdığı əsas götürülsə, Yer kürəsində hamının peyvəndlənməsi üçün lazımi miqdarda dərman dozalarının 2022-ci ilin ortalarınadək əldə ediləcəyini gözləmək olar.

Ekspert həmçinin qeyd edib ki, hazırda dünya üzrə geniş yayılan koronavirusun “Delta” ştamı xeyli yoluxucu olduğu üçün peyvənddən boyun qaçıranlar böyük ehtimalla xəstələnəcəklər/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər