17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq”
Tarix: 23-09-2021 20:35 | Bölmə: Gündəm
Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq”

"Əgər cənab Vladimir Putin dövlət xadimi keyfiyyətlərini tam mənasında ortaya qoymasaydı, Azərbaycandan bu formada çıxmaq mümkün olmazdı. Amma öz dövlət xadimliyi, dövlətçilik təcrübəsini dəqiq qərarlarla ortaya qoyduğu üçün, Azərbaycandan çox müsbət şəkildə çıxma şansı qazandıq".

Reyting.az
xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da türkiyəli jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda intensiv fəaliyyət davam edir. “Məsələn, cənab Prezident İlham Əliyev istədiyi vaxt, istədiyi formada Putinlə danışır, görüşür. Çox qısa zamanda əlaqələrimizi qurub müzakirələrimizi apara bilirik", - Ərdoğan bildirib.

Türkiyə prezidenti eyni zamanda qeyd edib ki, İğdırdan Azərbaycana yol çəkiləcək: "Bura dəmir yol xətləri də daxildir. Bu yolun çəkilməsi çox önəmli addım olacaq".

Ərdoğan deyib ki, beşlik və ya altılıq platforması adlandırdıqları əməkdaşlıq variantı var idi: “Hazırda bununla bağlı Ermənistanın Baş naziri Nikol Paşinyandan müsbət mesajlar alırıq. Bu müsbət mesajlarla bərabər bu məsələdə bəzi addımlar da atacağıq”.

Prezident əlavə edib ki, bölgədə sülhün yaradılması məsələsini önəmli bir nöqtəyə qədər inkişaf etdirmək fürsəti qazanmış olacağıq: “Ayın sonunda cənab Vladimir Putinlə keçirəcəyim görüşdə bunlar da müzakirə edilən məsələlər arasında yer alacaq. Bununla da, Türkiyə-Rusiya əlaqələrində daha güclü və daha fərqli dönəmə qədəm qoymuş olacağıq”.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}