Hikmət Hacıyev İranın Xarici işlər nazirinin müavini ilə görüşüb - Foto
Tarix: 24-09-2021 23:30 | Bölmə: Gündəm
Hikmət Hacıyev İranın Xarici işlər nazirinin müavini ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İran İslam Respublikası Xarici işlər nazirinin ikitərəfli və regional məsələlər üzrə müavini Dr. Seyid Səccadpurla görüşüb.

Reyting.az
xəbər verir ki, bu barədə Hikmət Hacıyev şəxsi “Twitter” səhifəsində məlumat yayıb.

Hikmət Hacıyev bildirib ki, Dr. Seyid Səccadpurla müzakirələri davam etdirmək çox xoş olub.

Prezidentin köməkçisi qeyd edib ki, ölkələrimiz arasında yaxşı qonşuluq əlaqələrini bir daha təsdiqləyib, həmçinin akademik və tədqiqat sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}