Paşinyan: "Ermənistan bölgədə davamlı sülh üçün konstruktiv dialoqa hazırdır"
Tarix: 25-09-2021 00:24 | Bölmə: Gündəm
Paşinyan: "Ermənistan bölgədə davamlı sülh üçün konstruktiv dialoqa hazırdır"

"Ermənistan konstruktiv dialoqa hazırdır və bu, bölgədə möhkəm və uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq. Bu mənada 2020-ci ilin 9 noyabrında və 2021-ci ilin 11 yanvarında Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatın 9-cu maddəsində qeyd edildiyi kimi, regional kommunikasiyaların açılmasının son dərəcə əhəmiyyət daşıdığını düşünürəm".

TASS xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 76-cı sessiyasında video formatda çıxış edərkən deyib.

Paşinyan bildirib ki, regionun qarşılıqlı kəsişən nəqliyyat xətləri bu məsələnin həll edilməsinin nəticəsi olacaq.

"Bu vacib vəzifənin həllinin nəticəsi bölgə ölkələrinin nəqliyyat arteriyaları ilə bir-birinə bağlanması olacaq. Dinc inkişafın vacib şərtlərindən biri olan iqtisadi əlaqələrin qurulması üçün bir fürsət yaradılacaq. Türkiyəni Ermənistanla birləşdirən dəmir yolu xətti də açılsa, regional kommunikasiyaların açılması mövzusu daha geniş miqyas alacaq", - Paşinyan belə deyib.

Paşinyan Ermənistan və Azərbaycan sərhədində beynəlxalq müşahidəçilərin iştirakı ilə delimitasiya və demarkasiya prosesi aparmağı da təklif edib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}