12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Azərbaycanda koronavirusdan daha 22 nəfər vəfat edib
Tarix: 28-09-2021 16:49 | Bölmə: Gündəm
Azərbaycanda koronavirusdan daha 22 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 885 yeni yoluxma faktı qeydə alınıb, 2114 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 482 286 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 455 082 nəfər müalicə olunaraq sağalıb, 6 498 nəfər vəfat edib, aktiv xəstə sayı 20706 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 525, ötən müddət ərzində isə ümumilikdə 4 839 863 test aparılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər