12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Prezident ermənilərin dağıtdığı kilsələrdə olub
Tarix: 04-10-2021 12:03 | Bölmə: Gündəm
Prezident ermənilərin dağıtdığı kilsələrdə olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi kilsəsində olub.

Reyting.az
-ın məlumatına görə, dövlət başçısı deyib ki, bu, qədim alban kilsəsidir: “Görün, ermənilər bu kilsəni nə günə salıblar. Sonra da deyəcəklər ki, guya bu, erməni kilsəsidir. Erməni kilsəsi olsaydı, bu günə salardılar?! Tarixi abidə kimi qorunacaq. Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur. Bütün dini konfessiyaların abidələri bundan sonra da qorunacaqdır. Biz bu qədim alban kilsəsini də bərpa edəcəyik. Ermənilər 30 il ərzində bu bölgəni ancaq dağıdıblar”.

Daha sonra kənddəki rus-pravoslav kilsəsində olan prezident İlham Əliyev deyib ki, bu da Talış kəndində yerləşən rus-pravoslav kilsəsidir: “Bunu da ermənilər dağıdıblar. Görün, nə gündədir, daşları da söküblər, divarları da söküblər. İndiki vəziyyəti bax, budur. Biz bu kilsəni də bərpa edəcəyik, təmir edəcəyik. Ermənilərdən fərqli olaraq biz bütün dini abidələrə hörmətlə yanaşırıq.

Bu binalar isə onların hərbi hissəsi olub".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər