İlham Əliyev Vladimir Putinə zəng edib
Tarix: 07-10-2021 12:55 | Bölmə: Gündəm
İlham Əliyev Vladimir Putinə zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Reyting.az
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Rusiya Federasiyasının Prezidentini ad günü münasibətilə təbrik edib, ona ölkənin inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə İlham İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı bölgədəki vəziyyət də müzakirə edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}