Kolleclərlə bağlı qərar verilib - Dəyişiklik
Tarix: 08-10-2021 12:30 | Bölmə: Gündəm
Kolleclərlə bağlı qərar verilib

Azərbaycanda bir sıra kolleclər yenidən təşkil olunacaq.

Reyting.az
xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərarla publik hüquqi şəxs statusuna malik olan Ağcabədi Pedaqoji Kolleci, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci, Ağdam Musiqi Kolleci, Ağdaş Dövlət Humanitar Kolleci, Astara Pedaqoji Kolleci, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, Qazax Dövlət Sosial-İqtisadi Kolleci, Quba Dövlət Sosial-İqtisadi Kolleci, Masallı Dövlət Regional Kolleci, Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci, Şamaxı Dövlət Regional Kolleci, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Şuşa Humanitar Kolleci, Tovuz Dövlət Sosial-İqtisadi Kolleci və Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci yenidən təşkil edilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}