Prezident “Müstəqillik Günü haqqında” qanunu təsdiqləyib
Tarix: 15-10-2021 20:53 | Bölmə: Gündəm
Prezident “Müstəqillik Günü haqqında” qanunu təsdiqləyib

Prezident İlham Əliyev “Müstəqillik Günü haqqında” qanunu təsdiq edib.

Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunub.

Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Qeyd edək ki, indiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}