14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
"Bizdən asılı deyil" - Nazirlikdən məktəblərin bağlanacağı barədə xəbərə reaksiya
Tarix: 19-10-2021 10:59 | Bölmə: Gündəm
"Bizdən asılı deyil" - Nazirlikdən məktəblərin bağlanacağı barədə xəbərə reaksiya

Təhsil Nazirliyi koronavirusa yoluxma hallarının artmasına görə məktəblərin bağlanacağı və tədrisin distant formada davam etdiriləcəyi barədə məlumatlara aydınlıq gətirib.

Nazirlikdən bildirilib ki, məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən qərar olduğu halda ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, Azərbaycanda sentyabrın 22-dən aşağı siniflərdə (I-IV), sentyabrın 29-dan isə yuxarı siniflərdə (V-XI) əyani tədris bərpa olunub.

Xatırladaq ki, son həfələr məktəblərdə virus sürətlə yayılmağa başlayıb. Belə ki, günlər koronavirusa yoluxma səbəbindən Bakıdakı 20 nömrəli məktəb-lisey, 245 nömrəli tam orta məktəb, "Ankara məktəbi" məktəb-lisey bağlanıb, bir neçə təhsil müəssisəsində 200-dən çox sinif 14 gün müddətinə distant təhsilə keçib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}