Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür
Tarix: 20-10-2021 00:14 | Bölmə: Gündəm
Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür

Bu gün Zəngilan şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür.

Reyting.az
xatırladır ki, 2020-ci ilin oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin - Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu elan edib.

Oktyabrın 20-də Zəngilan şəhəri və 6 kəndi ilə yanaşı, Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Çinarlı kəndləri erməni işğalçılarından təmizlənib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}