16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ölkəmizdə koronavirusdan daha 16 nəfər vəfat edib
Tarix: 20-10-2021 16:40 | Bölmə: Gündəm
Ölkəmizdə koronavirusdan daha 16 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 303 yeni yoluxma faktı qeydə alınıb, 1 010 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 507 857 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 480 685 nəfər müalicə olunaraq sağalıb, 6 809 nəfər vəfat edib, aktiv xəstə sayı 20363 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 075, ötən müddət ərzində isə ümumilikdə 5 056 819 test aparılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}