21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Azərbaycanda daha 2112 nəfərdə COVID-19-a yoluxub, 18 nəfər vəfat edib
Tarix: 22-10-2021 17:48 | Bölmə: Gündəm
Azərbaycanda daha 2112 nəfərdə COVID-19-a yoluxub, 18 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 112 yeni yoluxma faktı qeydə alınıb, 882 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 511 974 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 482 578 nəfər müalicə olunaraq sağalıb, 6 847 nəfər vəfat edib, aktiv xəstə sayı 22549 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 568, ötən müddət ərzində isə ümumilikdə 5 081 920 test aparılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər