Kreml Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü barədə… - Peskov açıqlayıb
Tarix: 23-10-2021 14:49 | Bölmə: Gündəm
Kreml Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü barədə…

Rusiya Federasiyası, Azərbaycan və Ermənistan arasında sammitin keçirilməsi ilə bağlı razılıq əldə olunsa, Kreml bu barədə dərhal məlumat verəcək.

Reyting.az
xəbər verir ki, bu barədə “RİA Novosti” Kremlin mətbuat katibi Dmitri Peskov istinadla bildirib.

Xatırladaq ki, mətbuatda noyabrın birinci on günlüyündə Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçiriləcəyi və üçtərəfli bəyanatın imzalanacağı ilə bağlı məlumat yayılıb.

Məlumata əsasən, noyabrın 9-da Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında iki sənəd imzalanacaq.

Birinci sənəd Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını, ikinci sənəd isə regionda kommunikasiya əlaqələrinin açılmasını, xüsusən dəhliz yolunun, eləcə də Azərbaycan və Naxçıvan arasında yolun açılmasını əhatə edəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}