18:00 / 10-11-2025
Çin illik orbital buraxılış rekordunu yeniləyib
16:17 / 10-11-2025
150 il yaşamaq reallığa çevrilir
15:55 / 10-11-2025
Toy karvanında ağır qəza: ölən və yaralı var - Foto
13:00 / 10-11-2025
Sabah hava necə olacaq? - Proqnoz
11:39 / 10-11-2025
Dönərdən 7 nəfər zəhərlənib
11:38 / 10-11-2025
Bakıda ər arvadını balta ilə öldürüb, sonra özünü asıb
09:06 / 10-11-2025
Azərbaycan ərazisində zəlzələ olub
21:11 / 09-11-2025
Bərdədə nənə və nəvə dəm qazından ölüblər
16:24 / 09-11-2025
"Starlink" istifadəçilərinin sayı 8 milyonu keçib
16:15 / 09-11-2025
Ən varlı ölkələr - Siyahı
15:58 / 09-11-2025
İtkin düşən 17 yaşlı şəxs tapılıb - Foto
15:52 / 09-11-2025
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
14:18 / 09-11-2025
Sabahın hava proqnozu açıqlanıb
10:00 / 09-11-2025
Prezident hərbi paradla bağlı paylaşım edib - Video
23:52 / 08-11-2025
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
20:20 / 08-11-2025
Bakıda keçirilən hərbi paradda iştirak edən ölkələr - Siyahı
20:17 / 08-11-2025
Bakıda hərbi parad olub - Video - (Yenilənib) - Fotolar
20:00 / 08-11-2025
Azərbaycan Ordusu regionda ön sıradadır - Fotolar
17:18 / 08-11-2025
Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar edib - Foto
15:40 / 08-11-2025
Prezident: Qarabağ və Şərqi Zəngəzur dirçəlir
14:07 / 08-11-2025
İlham Əliyev: “İndi onlar təcridxanada Azərbaycan çayı içirlər” - Video
12:23 / 08-11-2025
Prezidentlə xanımı Şəhidlər xiyabanında - Fotolar
12:05 / 08-11-2025
Prezident və xanımı Fəxri xiyabanda - Fotolar
10:54 / 08-11-2025
Ərdoğan Azərbaycana gəlib - (Yenilənib)
00:14 / 08-11-2025
Mehriban Əliyeva: "Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"
00:04 / 08-11-2025
Azərbaycanda Zəfər Günüdür
23:09 / 07-11-2025
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib - Foto
21:17 / 07-11-2025
İlham Əliyev Məhəmməd Şahbaz Şəriflə görüşb - (Yenilənib) - Fotolar
20:50 / 07-11-2025
Dindarlar Azərbaycan prezidentinə müraciət ünvanlayıblar
16:49 / 06-11-2025
Deputat: Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir
15:08 / 06-11-2025
Azərbaycan qonşu ölkəni problemdən xilas edir - Foto
19:39 / 07-11-2025
Cəlaloğlu: Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir
13:05 / 06-11-2025
Mərkəzi Asiya liderləri Trampla görüşdə nəyə ümid edirlər?
09:17 / 06-11-2025
Kosmosda yeni tip nəhəng obyekt kəşf edilib
17:18 / 08-11-2025
Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar edib - Foto
15:48 / 06-11-2025
Bakı Slavyan Universitetində konfrans keçirilib - Fotolar
10:54 / 08-11-2025
Ərdoğan Azərbaycana gəlib - (Yenilənib)
20:20 / 08-11-2025
Bakıda keçirilən hərbi paradda iştirak edən ölkələr - Siyahı
14:55 / 07-11-2025
“Lukoil” Azərbaycandakı yataqları tərk edəcək - Səbəb
23:52 / 08-11-2025
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Prezident və birinci xanım Şamaxıda: park, stadion, uşaq bağçası və yeni mərkəzlərin açılışı olub - Foto
Tarix: 01-11-2021 20:08 | Bölmə: Gündəm

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərində Gənclər Parkında görülmüş işlərlə tanış olublar.
Reyting.az xəbər verir ki, Gənclər Parkı Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər İli” elan edilməsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü ilə yaradılıb. Qeyd edək ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən gənclərin idmana olan marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği məqsədilə regionlarda müxtəlif layihələr həyata keçirilir. Bu layihələr çərçivəsində Şamaxı şəhərindəki park da yenidən qurulub, yaşıllıq və gəzinti sahələri yaradılıb, sakinlərin və qonaqların istirahəti üçün infrastruktur qurulub. Açıq havada idmanla məşğul olmaq üçün müxtəlif idman qurğuları quraşdırılıb. Qeyd edək ki, belə idman qurğuları şəhərin müxtəlif yerlərində də quraşdırılaraq sakinlərin ixtiyarına verilib. Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması, sağlam həyat tərzinin, o cümlədən idmanın təbliği üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi də xüsusi diqqət yetirir. Bununla əlaqədar İctimai Birlik Bakıda, eləcə də regionlarda yeni yaşıllıq zonalarının salınması və mövcud yaşıllıq sahələrinin qorunması üzrə bir sıra layihələr icra edir.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına və birinci xanıma rayonda həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, açıq hökumətin təşviqinə dair fəaliyyət planına uyğun olaraq Şamaxı rayonunda da bir sıra işlər görülüb, rəqəmsallaşma ilə bağlı bir neçə layihə həyata keçirilib. Onların arasında elektron müraciət portalı xüsusi ilə fərqlənir.
Tahir Məmmədov: Vətəndaşların dövlət qurumları ilə daha rahat təmasda olmaları, birbaşa, heç bir maneəsiz müraciətləri üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə belə bir portal yaradıldı və 2020-ci ilin sentyabrından vətəndaşların ixtiyarındadır. Vətəndaşlar istənilən dövlət qurumuna birbaşa müraciət ünvanlayırlar və ilkin müraciət zamanı onların fərdi elektron kabineti formalaşır ki, onlar öz müraciətlərinin statusu barədə istənilən məlumatı ala bilsinlər. Eyni zamanda, bu portalın üstünlüklərindən biri də odur ki, yerli və mərkəzi icra hakimiyyəti orqanları istədikləri vaxt müvafiq quruma ünvanlanan müraciəti izləyə bilirlər.
Qeyd olunub ki, Ümumdünya Telekommunikasiya İttifaqının keçirdiyi müsabiqədə bu layihə elektron hökumət nominasiyasında qalib elan edilib. Azərbaycanda elektron hökumətlə bağlı yaradılan ekosistemin bir göstəricisi olan bu layihə çərçivəsində toplanan məlumatlar daha sonra təhlil edilir.
Tahir Məmmədov: Cənab Prezident, bu məqamda deməliyəm ki, Şamaxıda baş verən zəlzələdən sonra Sizin birbaşa tapşırığınızla təmir, bərpa və tikinti işləri tam olaraq dövlət vəsaiti hesabına həyata keçirilir. Şamaxıda 4 minə yaxın ev yenilənib və hələ bu layihə davam edir. Bu yaxınlarda Sizin tapşırıqlarınıza uyğun olaraq yenə də vəsait ayrıldı və o evlərin hamısı bərpa ediləcək, o ailələr bu qayğı ilə əhatə olunacaq. Buna görə də əhalimiz adından dərin təşəkkürümüzü bildiririk.
Daha bir layihə coğrafi informasiya sisteminin ilkin elementi olaraq həyata keçirilib. Şamaxıya aid məlumatlar toplanaraq data şəklində 3D xəritəsinə yerləşdirilib. Buraya, həmçinin rayon üzrə kənd təsərrüfatı, təhsil, səhiyyə məlumatları da daxil edilib. Bu isə iqtisadi təhlillər zamanı daha obyektiv qərarların verilməsinə imkan yaradır.
Tahir Məmmədov: Cənab Prezident, bu gün bizim həyata keçirdiyimiz cari layihələrdən biri də ictimai nəqliyyatdakı yeni ödəniş modelinin Şamaxıda tətbiqidir. Qeyd etməliyəm ki, bu pilot layihələrdən biri kimi ilk dəfə olaraq Sizin rayonumuza hədiyyə etdiyiniz ictimai nəqliyyat vasitələrində tətbiq olunubdur. Əhalimiz çox məmnundur, çox müasir avtobuslardır.
Diqqətə çatdırılıb ki, müasir texnologiyanın verdiyi imkanlar sayəsində əməkhaqqı, pensiya kredit kartları, hətta həmin kartların bağlandığı mobil telefon, mobil saat, smart saat və digər qurğular vasitəsilə nəqliyyatda ödəniş edilə bilər.
Bildirilib ki, son illərdə Şamaxıda təhsil sahəsində də xeyli iş görülüb, rayonda 70 məktəbdən 49-u yenilənib.
Tahir Məmmədov: Bu, birbaşa Sizin təhsilə olan diqqət və qayğınızın göstəricisidir və görülən bütün bu işlər ona hesablanıb ki, təhsildə keyfiyyət yuxarı artsın. Göstərici kimi deyə bilərik ki, respublika üzrə 76 təhsil subyekti arasında Şamaxı 66-cı yerdən 49-cu yerə irəliləyib. Yaradılmış bu şəraitə görə də həm şagirdlər, həm müəllimlər çox məmnundurlar. Hazırda layihələr davam edir. Qeyd etməliyəm ki, Heydər Əliyev Fondu bu işdə bizə çox yüksək səviyyədə kömək edir. Rayonumuzda tikilən məktəblərin əksəriyyətində Heydər Əliyev Fondunun həm təşəbbüsü, həm birbaşa həyata keçirdiyi layihələr var. Buna görə hörmətli Birinci vitse-prezident Mehriban xanım Sizə hər zaman öz təşəkkürümüzü bildiririk ki, həm bu sahədə, həm də digər bütün sahələrdə rayonumuza böyük diqqət və qayğı göstərirsiniz.
Qeyd edilib ki, Şamaxıda digər prioritet istiqamət səhiyyə sektorudur. Hazırda pilot layihə olaraq Ümumdünya Səhiyyə Təşkilatı Heydər Əliyev Fondu ilə birlikdə ilkin səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində böyük layihə həyata keçirir.
Tahir Məmmədov: Hazırda ilkin olaraq mobil klinikalar fəaliyyət göstərir. Kəndlərdə Heydər Əliyev Fondu tərəfindən tikilmiş tibb məntəqələri fəaliyyət göstərir. Ümumilikdə modelin əsas istiqaməti ailə sağlamlıq mərkəzlərinin formalaşdırılmasıdır ki, əhali yalnız xüsusi zərurət olanda mərkəzi xəstəxanalara müraciət etsin. Onlar gündəlik səhiyyə xidmətini orada rahat ala bilsinlər.
O da qeyd olunub ki, Şamaxıda abadlıq işləri geniş vüsət alıb, turizm sahəsinin inkişafı ilə bağlı işlər davam etdirilir.
Tahir Məmmədov: Rayonumuzda mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün Mədəniyyət Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən quruldu, tam əsaslı təmir olundu, müasir standartlara uyğun mədəniyyət evi formalaşdı. Təbii ki, turizm rayonunda nəqliyyatın təhlükəsiz hərəkəti ən vacib məsələdir. Bununla bağlı hazırda dairəvi yol ötürücüləri və sair inşa olunmaqdadır. Bu məsələdə Avtomobil Federasiyasının xarici ekspertləri cəlb etməsi təbii ki, işimizi daha da asandlaşdırır və səmərəliliyi artırır.
Dövlət başçısına məlumat verilib ki, hazırda şəhərin daxili küçələri də yenidən qurulur. Bu isə əhalinin böyük məmnunluğuna səbəb olub, onların rahat hərəkətinə şərait yaradıb. İşıqlandırma ilə bağlı da xeyli iş görülüb.
Prezident İlham Əliyev: Artıq o xarici şirkət enerjiyə qənaət edən dirəkləri quraşdırmağa başlayıbdır. Mən yol boyunca gördüm.
Tahir Məmmədov: Bəli, cənab Prezident, bu layihə Sizin birbaşa bizim rayonumuza olan böyük hədiyyənizdir. Bu cür ən müasir standartda işıqların qurulması Şamaxı kimi yeddi ay güclü dumanlı olan bir ərazidə həm nəqliyyat vasitələrinin, həm piyadaların hərəkətinə yaxşı şərait yaradır. Həm də çox müsbət bir aurası var, gözəl işıqlardır.
Prezident İlham Əliyev: Bir də ki, bu, enerjiyə böyük qənaət edir. Ənənəvi köhnə dirəklərlə müqayisədə elektrik enerjisinin sərfiyatına təqribən 50 faiz, bəzi hallarda 70 faiz qənaət edir.
Tahir Məmmədov: Bəli, dediyinizi biz artıq reallıqda görürük.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid Samir Kaçayevin valideynləri ilə görüşüblər.
Tahir Məmmədov: Cənab Prezident, gördüyünüz bu əsər Şamaxıda böyüyüb başa çatmış heykəltaraş Samir Kaçayevin əsəridir.
Prezident İlham Əliyev: Bəli, bilirəm.
Tahir Məmmədov “Küləklə sovrulanlar” adlanır. Mehriban xanım, Sizin diqqət və qayğınızın nəticəsidir ki, bu əsər məhz Şamaxıda qoyuldu. Həm valideynləri, həm bizim hamımız üçün çox gözəl böyük bir hədiyyədir. Həm də turistlər üçün diqqətçəkən bir əsərdir.
Prezident İlham Əliyev: Nə yaxşı ki, burada da bu lövhə var. Buradan keçən görəcək, biləcək ki, müəllif kimdir.
Tahir Məmmədov: Bəli.
Samir Kaçayevin atası: Diqqətinizə görə minnətdarıq, çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun, siz sağ olun ki, Vətən üçün, dövlət üçün belə övlad yetişdirmisiniz. Qəhrəmancasına həlak olub, şəhadət zirvəsinə ucalıb və istedadlı bir gənc idi, vətənpərvər gənc idi. Siz sağ olun ki, belə övlad böyütmüsünüz, o da canını Vətən uğrunda fəda edib.
Samir Kaçayevin atası: Çox sağ olun.
Prezident İlham Əliyev: Təsəlli o ola bilər ki, qanı yerdə qalmayıb. O, Aprel döyüşləri zamanı həlak olmuşdur. Biz düşməndən onun və bütün digər şəhidlərimizin qanını aldıq. Torpaqlarımızı geri qaytardıq, böyük Zəfər əldə etdik və Aprel döyüşlərinin bu Zəfərdə də öz rolu var, öz payı var. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu da onun xatirəsinə özü tərəfindən yaradılmış bir əbədi abidə olacaq.
Birinci xanım Mehriban Əliyeva: Əsərin fonunda şəkil çəkdirək.
Xatirə şəkli çəkdirilib.
Samir Kaçayevin atası: Çox sağ olun.
Prezident İlham Əliyev: 22 yaşı var idi.
Samir Kaçayevin atası: Bəli, təzə tamam olmuşdu. Bir ay idi ki, 22 yaşı tamam olmuşdu. Magistraturaya qəbul olmuşdu. Dedim, oxu qurtar sonra. Dedi yox, gedim Vətənə borcumu verim. Ondan sonra davam edəcəm.
Mehriban xanım, Sizə də çox sağ olun. Siz bizə ev tikdirmisiniz. Çox sağ olun. Çox minnətdarıq, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun.
Samir Kaçayevin ailə üzvü: Şəhidlərin xatirəsinə böyük ehtiram, şəhid ailələrinə, qazilərə böyük diqqət və qayğı göstərirsiniz, çox sağ olun.
Prezident İlham Əliyev: Şəhidlərin xatirəsi bizim üçün müqəddəsdir.
Şamaxı rayonunda indi işlər yaxşı gedir. Böyük quruculuq işləri aparılır. Bütün sahələrdə insanların rahatlığı üçün çalışırıq. Şəhidlərimiz də bax, bu gün üçün öz canlarını fəda etmişlər ki, xalqımız rahat yaşasın, sülh, təhlükəsizlik şəraitində yaşasın, öz doğma torpağına qayıtsın və artıq qayıdıbdır. Biz bir neçə gündən sonra tarixi Zəfərin birinci ildönümünü qeyd edəcəyik. Bütün şəhidlərimizin bu Zəfərdə böyük payı var, öz payı var hər bir şəhidin.
Birinci xanım Mehriban Əliyeva: Əsər də simvolikdir. Sanki şəhidlərin ruhları zirvəyə qalxır.
Prezident İlham Əliyev: Bəli, elədir.
Samir Kaçayevin ailə üzvü: Bu onun son işlərindən biridir. Bu görüşə görə sağ olun.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.
Birinci xanım Mehriban Əliyeva: Sağ olun.
***
Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə Şamaxı şəhərində inşa edilən 7 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
Reyting.az xəbər verir ki, 80 yerlik məktəbəqədər təhsil müəssisəsində qrup, oyun və yataq otaqları, idman, akt və musiqi zalları, tibb otağı var. Burada uşaqların ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün zəruri şərait yaradılıb. Bağçanın həyətində abadlıq-yaşıllaşdırma işləri aparılıb, oyun meydançası və söhbətgahlar quraşdırılıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun 2014-cü ildən başlayan “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, uşaqların təlim-tərbiyəsinin hərtərəfli təmin olunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. O cümlədən Heydər Əliyev Fondu tərəfindən bölgələrimizdə, həmçinin Şamaxı rayonunda körpələr evi-uşaq bağçalarının inşası və təmiri ilə bağlı layihələr reallaşdırılıb.
***
Noyabrın 1-də Şamaxı şəhərində Yaradıcılıq Mərkəzi istifadəyə verilib.
Reyting.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər.
Yaradıcılıq Mərkəzinin ikimərtəbəli binasında müxtəlif sənət növləri üzrə emalatxanalar yaradılıb. Burada toxuculuq, dulusçuluq, keçə sənəti, naxışvurma, keramika avadanlıqları, xalçaçılıq, heykəltəraşlıq, rəsm, rəngkarlıq üzrə emalatxanalar fəaliyyət göstərəcək. Yaradıcılıq Mərkəzində, eyni zamanda, satış-sərgi salonu da yaradılıb.
Qeyd edək ki, yerli sakinlərə dəstək və bölgədə əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılan Mərkəzdə bir sıra peşə istiqamətləri üzrə sənətkarlıq bacarıqları olan şəxslər işlə təmin olunacaqlar. Mərkəzin ikinci mərtəbəsində uşaqlar üçün tədris, təlim və asudə vaxtın səmərəli keçirilməsi məqsədilə otaqlar təşkil edilib. Burada 7 yaşdan yuxarı uşaqların müxtəlif dərnəklərdə bacarıqlarının inkişaf etdirilməsi mümkün olacaq.
***
Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhər stadionunun açılışında iştirak ediblər.
Reyting.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib.
Bildirilib ki, 2200 azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq. Bu isə stadionda beynəlxalq oyunların keçirilməsi üçün bütün imkanların olmasından qaynaqlanır. UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, milli komandadan başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər. Bu stadionun inşası üçün maliyyə vəsaitinin 87 faizi UEFA, 13 faizi isə AFFA tərəfindən təmin olunub. Stadionun ərazisindəki idman kompleksində cüdo və güləş növləri ilə məşğul olmaq üçün zal, həmçinin fitness zalı inşa edilib. Bundan əlavə, stadionun ərazisində süni örtüklü iki mini-meydança yaradılıb və bu meydançaların 300 nəfər azarkeş tutumuna malik tribunası var.
Bütün bunlar göstərir ki, ölkəmizdə idmanın inkişafı və onun kütləviliyinin təmin olunması istiqamətində dövlət siyasəti davam etdirilir. Əsas diqqət həm də yeni idmançı nəslinin yaradılmasına yönəlib ki, bu cür idman obyektlərinin istifadəyə verilməsi bu məqsədin təmin olunmasında mühüm rol oynayır.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də Şamaxı Üzüm Tingçilik Mərkəzinin açılışında iştirak ediblər.
Reyting.az xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına və birinci xanıma Mərkəz barədə məlumat verdi.
Bildirildi ki, Şamaxı Üzüm Tingçilik Mərkəzinin yaradılmasında məqsəd respublikanın üzümçülük təsərrüfatlarını müxtəlif iqlim şəraitinə adaptasiya qabiliyyətli, fillokseraya davamlı calaq-üzüm əkin materialı ilə təmin etməkdir. Mərkəzin illik istehsal gücü 1 milyon ədəd ting təşkil edir. Mərkəzdə dördü yerli - Mədrəsə, Bayanşirə, Məlayi, Xindoqni olmaqla 10 texniki və bir yerli Ağadayı sortu olmaqla 15 süfrə üzüm sortlarının tingləri istehsal olunacaq. Bundan əlavə, 6 xarici sort və hibrid üzrə fillokserayaya davamlı anaclıqlar da yetişdiriləcək. 1,2 hektar sahədə salınan Şamaxı Üzüm Tingçilik Mərkəzinin fəaliyyətə başlaması üzüm tinglərinə olan tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etməklə xaricə valyuta axınının qarşısını alacaq. Burada istehsal olunan tinglər region və Mərkəzi Asiya ölkələrinə ixrac olunacaq.
Onu da deyək ki, burada aqrar mühəndislik, budama, şpalerlərin çəkilməsi və digər istiqamətlər üzrə qısamüddətli və peşəyönümlü kursların təşkili, xəstəlik və zərərvericilərlə mübarizədə elmi-praktiki dəstəyin göstərilməsi, tarla məktəblərinin yaradılması, sort xüsusiyyətlərinin öyrədilməsi planlaşdırılır. Bununla yanaşı, yerli sortlardan ibarət gen banklarının formalaşdırılması, invitro şəraitində yetişdirilən tinglərdən ibarət bağların yaradılması, nümunə şərabların istehsalı və təşviqi, şərab kolleksiyalarının formalaşdırılması da diqqət mərkəzində olacaq.
Qeyd edək ki, Azərbaycan üzüm istehsalına görə ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə sovet məkanında aparıcı respublikalardan biri olub. Ölkəmizdə 600-ə qədər aborigen və introduksiya olunmuş üzüm sortları becərilib və bunlardan təxminən 400-ü yerli üzüm sortlarıdır. Buna misal olaraq Ağ şanı, Qara şanı, Mədrəsə, Meysəri, Təbrizi və digərlərini göstərmək olar. Hazırda ölkədə yerli üzüm sortlarından daha məhsuldar və yerli şəraitə uyğun 38 üzüm sortu geniş yayılıb və onlar sahibkarlıq subyektləri tərəfindən becərilir. Onu da deyək ki, 2020-ci ildə ölkədə 208 min tondan çox üzüm istehsal olunub. Bu da 2019-cu il ilə müqayisədə 3.1 faiz çoxdur.

Bölməyə aid digər xəbərlər

8-11-2025, 17:18
Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar edib - Foto
8-11-2025, 10:54
Ərdoğan Azərbaycana gəlib - (Yenilənib)
7-11-2025, 23:09
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib - Foto
7-11-2025, 21:17
İlham Əliyev Məhəmməd Şahbaz Şəriflə görüşb - (Yenilənib) - Fotolar
7-11-2025, 20:50
Dindarlar Azərbaycan prezidentinə müraciət ünvanlayıblar
7-11-2025, 17:08
Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə görüşüb
7-11-2025, 16:34
Prezident İlham Əliyev fərman imzalayıb
7-11-2025, 16:05
Prezident hərbçilərə ali rütbə verib - Siyahı
7-11-2025, 14:02
İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib - Foto
6-11-2025, 23:41
Sahibə Qafarova Cevdet Yılmazla görüşüb
6-11-2025, 18:00
Hikmət Hacıyev Britaniyanın ticarət elçisi ilə görüşüb
6-11-2025, 16:25
"Invest in Azerbaijan" informasiya sistemi yaradılacaq - Fərman
6-11-2025, 12:58
Əliməmməd Nuriyev: "Hazırda amnistiya ilə bağlı hazırlıq yoxdur"
6-11-2025, 12:09
Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib - Fotolar
6-11-2025, 10:43
Şuşada hərbçilərin Zəfər yürüşü olub
6-11-2025, 09:57
Bakıda hərbi orkestrlərin müşayiəti altında yürüşlər başlayıb
5-11-2025, 19:15
Bakıda yüksək səviyyəli dəyirmi masa keçirilib - Fotolar
5-11-2025, 17:34
Hikmət Hacıyev Böyük Britaniyanın dövlət naziri ilə görüşüb
5-11-2025, 17:18
Milli Məclisin sədri Braziliyaya səfər edib
5-11-2025, 16:54
Azərbaycan üzərindən Ermənistana taxıl daşınır
5-11-2025, 15:55
Ermənistana gedən qatar Azərbaycandan Gürcüstana yola salınır
5-11-2025, 13:35
Prezident 10 nəfəri təltif edib - Siyahı
4-11-2025, 16:50
Özbəkistan prezidenti İlham Əliyevə məktub göndərib
4-11-2025, 16:41
Prezident İlham Əliyev daha bir fərman imzalayıb
3-11-2025, 17:05
Ceyhun Bayramov Əlcəzairə rəsmi səfərə gedib
3-11-2025, 11:49
İcra hakimiyyətindəki həbslər - Baş Prokurorluq məlumat yayıb
3-11-2025, 10:18
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
1-11-2025, 11:23
İlham Əliyev Əlcəzair prezidentinə məktub göndərib
31-10-2025, 22:38
Hikmət Hacıyev: "ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlıq nəzərdən keçirilir" - Video
31-10-2025, 20:35
Ərdoğan Azərbaycana səfər edə bilər
31-10-2025, 16:54
Hikmət Hacıyev: "Zəngəzur dəhlizi Cənubi Qafqazı dəyişəcək"
31-10-2025, 13:05
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
31-10-2025, 12:39
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxılıb
31-10-2025, 12:28
Daha bir şəhidimiz Zirədə torpağa tapşırılıb
31-10-2025, 11:52
Milli Məclis prezidenti və birinci vitse-prezidenti təbrik edib
31-10-2025, 10:38
Saxlanılan sabiq icra başçısının vəkili: "Bir onu deyə bilərəm ki..."
31-10-2025, 09:28
Bakıda "Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" adlı beynəlxalq konfrans keçirilir
31-10-2025, 09:01
Diplomatların Cəbrayıl və Zəngilana səfəri başlayır
30-10-2025, 18:20
Baş nazir Dövlət Mülki Aviasiya Agentliyi barədə qərar imzalayıb
30-10-2025, 15:13
Prezident icra başçısını vəzifədən azad edib - Sərəncam
30-10-2025, 14:41
İlham Əliyev Ermənistandakı sammitə qatılmayacaq

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək