21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Amnistiya Aktı 4 ay müddətinə icra ediləcək
Tarix: 02-11-2021 16:47 | Bölmə: Gündəm
Amnistiya Aktı 4 ay müddətinə icra ediləcək

"8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında" Milli Məclisin qərar layihəsində Amnistiya Aktını tətbiq etmək üçün nəzərdə tutulmuş orqanlar qərar qüvvəyə mindiyi gündən 4 ay müddətində amnistiyanın tətbiqini təmin etməlidir.

Bu, "8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında" qərar layihəsində əksini tapıb.

Layihəyə əsasən, Amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəllələrinin tələblərinə uyğun olaraq, cəzaçəkmə müəssisələri, intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı, təhqiqat və ya ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən tətbiq ediləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər