21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Prezident: "Kimsə onların dərsini verməli idi, ya yox?"
Tarix: 08-11-2021 14:12 | Bölmə: Gündəm
Prezident: "Kimsə onların dərsini verməli idi, ya yox?"

"Şuşaya qondarma qurumun qondarma “parlamentinin” köçürülməsi bizə növbəti dəfə sataşmaq idi. Ermənistan bizi təkəbbürlə, yekəxanalıq göstərərək yeni işğalla hədələyirdi. Biz nə qədər dözməli idik? Kimsə onların dərsini verməli idi, ya yox?".

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib.

"Bax, sizin simanızda minlərlə, on minlərlə Azərbaycan gənci, əsgəri, zabiti sinəsini qabağa verərək düşmənə öz yerini göstərdi, düşməni elə vəziyyətə saldı ki, o vəziyyətdən o, əbədi çıxa bilməyəcək. Artıq o, məğlubedilmiş xalq və dövlət damğası ilə əbədi yaşayacaq", - Ali Baş Komandan vurğulayıb.

İlham Əliyev deyib ki, biz öz ləyaqətimizi bərpa etdik: "Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. "Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər