21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Ermənilər Azərbaycan ərazisini yenidən atəşə tutub
Tarix: 09-11-2021 21:05 | Bölmə: Gündəm
Ermənilər Azərbaycan ərazisini yenidən atəşə tutub

Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən bildirilib ki, bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər