21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Prezident generalı vəzifədən azad edib
Tarix: 10-11-2021 17:42 | Bölmə: Gündəm
Prezident generalı vəzifədən azad edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavinlərindən biri işdən çıxarılıb.

Məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, general-mayor Şahvələd Əliyev Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, Ş.Əliyev 2018-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsində çalışırdı. Prezident İlham Əliyevin 2019-cu il 11 fevral tarixli sərəncamı ilə ona general-mayor ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, Ş.Əliyev Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin qardaşıdır.(Report)





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər