Ərdoğan: "Bu, sadəcə azərbaycanlı qardaşlarımız deyil, bütün türk dünyası üçün əhəmiyyətlidir"
Tarix: 12-11-2021 16:24 | Bölmə: Gündəm
Ərdoğan: "Bu, sadəcə azərbaycanlı qardaşlarımız deyil, bütün türk dünyası üçün əhəmiyyətlidir"

"Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin liderliyi ilə Qarabağın 30 illik işğalına 44 günlük qısa zaman kəsiyində son qoyuldu".

Reyting.az
xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının İstanbulda keçirilən VIII Zirvə Görüşündə çıxışı zamanı deyib.

"Bu, sadəcə azərbaycanlı qardaşlarımız deyil, bütün türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edir. Vətən müharibəsi nəticəsində illərdir həyata keçirilməyən BMT Təhlükəsizlik Şurasının qərarları icra olunub. Azərbaycan bu şəkildə beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk edib. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini inkişaf etdirib".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}