Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib
Tarix: 17-11-2021 11:17 | Bölmə: Gündəm
Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib

Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb:

“Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir.

Ermənistanın təxtibatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}