21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Kreml: "Döyüşlərin yenidən başlaması ciddi narahatlıq doğurur"
Tarix: 17-11-2021 14:08 | Bölmə: Gündəm
Kreml: "Döyüşlərin yenidən başlaması ciddi narahatlıq doğurur"

"Rusiya Azərbaycanla Ermənistan arasındakı sərhəddəki mövcud vəziyyətlə bağlı tərəfləri təmkinli olmağa çağırır və üçtərəfli razılaşmaların icrasına tərəfdardır".

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Döyüşlərin yenidən başlaması ciddi narahatlıq doğursa da, Rusiyanın vasitəçiliyi sayəsində bunu dayandırmaq mümkün oldu. Rəsmi Moskva vasitəçilik səylərini davam etdirəcək. Məsələnin həlli yalnız Qarabağla bağlı ümumi razılaşmaları yerinə yetirməklə mümkündür”, – o deyib.

Kreml rəsmisi Rusiya, Azərbaycan, Ermənistan liderləri arasındakı görüşün zəruri olduğunu, amma bunun üçün bütün tərəflərin razılıq verməsinin vacibliyini söyləyib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər