21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Azərbaycanda hərbi qulluqçuların ümumi və xüsusi vəzifələri müəyyənləşir. - Siyahı
Tarix: 17-11-2021 14:50 | Bölmə: Gündəm
Azərbaycanda hərbi qulluqçuların ümumi və xüsusi vəzifələri müəyyənləşir.

Azərbaycanda hərbi qulluqçuların ümumi və xüsusi vəzifələri müəyyənləşir.

Reyting.az
xəbər verir ki, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanuna əsasən, hərbi qulluqçular Konstitusiyada və digər qanunvericilik aktlarında mülki şəxslər üçün nəzərdə tutulmuş vəzifələrdən əlavə, hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan ümumi və xüsusi vəzifələri yerinə yetirirlər:

1. Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü qorumaq, habelə təhlükəsizliyini və müdafiəsini təmin etmək;

2. Azərbaycana, Azərbaycan xalqına və hərbi anda sadiq olmaq;

3. Konstitusiyaya, qanunlara, Azərbaycan Silahlı Qüvvələrinin hərbi nizamnamələrinə əməl etmək, komandirlərin (rəislərin) əmrlərini, sərəncamlarını və göstərişlərini qeyd-şərtsiz yerinə yetirmək;

4. Vicdanlı, cəsur və intizamlı olmaq, dövlət sirrini qorumaq;

5. Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq prinsiplərindən və normalarından, habelə beynəlxalq hüquq normalarından irəli gələn tələblərə riayət etmək;

6. Hərbi qulluqçular “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunun 3-cü maddəsi ilə müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirirlər.

7. Xüsusi vəzifələri yerinə yetirərkən hərbi qulluqçuların qanunla nəzərdə tutulmuş qaydada və hallarda fiziki qüvvə, xüsusi vasitələr, silah və döyüş texnikasını tətbiq etmək, icrası məcburi olan tələblər irəli sürmək hüququ vardır;

8. Hərbi qulluqçuların ümumi və xüsusi vəzifələrinin yerinə yetirilməsi qaydaları Azərbaycan Silahlı Qüvvələrinin hərbi nizamnamələri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın hüquqi aktları ilə müəyyən edilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər