İlham Əliyevə Azərbaycan uşaqları adından veriləcək hədiyyənin təqdimatı olub - Foto
Tarix: 18-11-2021 15:59 | Bölmə: Gündəm
İlham Əliyevə Azərbaycan uşaqları adından veriləcək hədiyyənin təqdimatı olub

Azərbaycan uşaqları adından Prezident İlham Əliyev üçün hazırlanan hədiyyə Uşaqların V Ümumrespublika Forumunda nümayiş olunub.

Reyting.az
xəbər verir ki, hədiyyə taxta üzərində milli ornamentləri və xarıbülbülü özündə ehtiva edən rəsm kompozisiyasından ibarətdir.

“Şanlı Zəfər” adı verilən əsərin müəllifi rəssam Nadir Cəfərovdur. Kompozisiya rəssam N.Cəfərov və Azərbaycan uşaqları adından dövlət başçısına təqdim olunacaq.

Qeyd edək ki, Forum iştirakçılarının hədiyyəsi Prezidentə təqdim edilməsi üçün Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya verilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}