18:00 / 10-11-2025
Çin illik orbital buraxılış rekordunu yeniləyib
16:17 / 10-11-2025
150 il yaşamaq reallığa çevrilir
15:55 / 10-11-2025
Toy karvanında ağır qəza: ölən və yaralı var - Foto
13:00 / 10-11-2025
Sabah hava necə olacaq? - Proqnoz
11:39 / 10-11-2025
Dönərdən 7 nəfər zəhərlənib
11:38 / 10-11-2025
Bakıda ər arvadını balta ilə öldürüb, sonra özünü asıb
09:06 / 10-11-2025
Azərbaycan ərazisində zəlzələ olub
21:11 / 09-11-2025
Bərdədə nənə və nəvə dəm qazından ölüblər
16:24 / 09-11-2025
"Starlink" istifadəçilərinin sayı 8 milyonu keçib
16:15 / 09-11-2025
Ən varlı ölkələr - Siyahı
15:58 / 09-11-2025
İtkin düşən 17 yaşlı şəxs tapılıb - Foto
15:52 / 09-11-2025
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
14:18 / 09-11-2025
Sabahın hava proqnozu açıqlanıb
10:00 / 09-11-2025
Prezident hərbi paradla bağlı paylaşım edib - Video
23:52 / 08-11-2025
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
20:20 / 08-11-2025
Bakıda keçirilən hərbi paradda iştirak edən ölkələr - Siyahı
20:17 / 08-11-2025
Bakıda hərbi parad olub - Video - (Yenilənib) - Fotolar
20:00 / 08-11-2025
Azərbaycan Ordusu regionda ön sıradadır - Fotolar
17:18 / 08-11-2025
Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar edib - Foto
15:40 / 08-11-2025
Prezident: Qarabağ və Şərqi Zəngəzur dirçəlir
14:07 / 08-11-2025
İlham Əliyev: “İndi onlar təcridxanada Azərbaycan çayı içirlər” - Video
12:23 / 08-11-2025
Prezidentlə xanımı Şəhidlər xiyabanında - Fotolar
12:05 / 08-11-2025
Prezident və xanımı Fəxri xiyabanda - Fotolar
10:54 / 08-11-2025
Ərdoğan Azərbaycana gəlib - (Yenilənib)
00:14 / 08-11-2025
Mehriban Əliyeva: "Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"
00:04 / 08-11-2025
Azərbaycanda Zəfər Günüdür
23:09 / 07-11-2025
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib - Foto
21:17 / 07-11-2025
İlham Əliyev Məhəmməd Şahbaz Şəriflə görüşb - (Yenilənib) - Fotolar
20:50 / 07-11-2025
Dindarlar Azərbaycan prezidentinə müraciət ünvanlayıblar
16:49 / 06-11-2025
Deputat: Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir
15:08 / 06-11-2025
Azərbaycan qonşu ölkəni problemdən xilas edir - Foto
19:39 / 07-11-2025
Cəlaloğlu: Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir
13:05 / 06-11-2025
Mərkəzi Asiya liderləri Trampla görüşdə nəyə ümid edirlər?
09:17 / 06-11-2025
Kosmosda yeni tip nəhəng obyekt kəşf edilib
17:18 / 08-11-2025
Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar edib - Foto
15:48 / 06-11-2025
Bakı Slavyan Universitetində konfrans keçirilib - Fotolar
10:54 / 08-11-2025
Ərdoğan Azərbaycana gəlib - (Yenilənib)
20:20 / 08-11-2025
Bakıda keçirilən hərbi paradda iştirak edən ölkələr - Siyahı
14:55 / 07-11-2025
“Lukoil” Azərbaycandakı yataqları tərk edəcək - Səbəb
23:52 / 08-11-2025
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Prezident İlham Əliyev daha üç ölkə səfirlərinin etimadnamələrini qəbul edib - Fotolar
Tarix: 22-11-2021 20:14 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Uqanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Muhammad Tezikuba Kisambiranın etimadnaməsini qəbul edib.
Reyting.az xəbər verir ki, səfir Muhammad Tezikuba Kisambira etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Görüşdə ölkələrimiz arasında əlaqələrin yaxşı səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin olduğu bildirilib. Həmçinin Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Bu baxımdan Prezident İlham Əliyev Uqanda Respublikasının Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilə qədər uzadılması ilə bağlı verilən qərara göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Dövlət başçısı qeyd edib ki, bu hərəkatın sədri kimi Azərbaycan üzv dövlətlər arasında birliyin gücləndirilməsi, xüsusilə COVID-19 ilə mübarizədə praktiki dəstəyi təmin etmək üçün fəal iş aparıb. Azərbaycan Prezidenti ölkəmizin bundan sonra da Qoşulmama Hərəkatına üzv olan ölkələr arasında əlaqələrin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, artıq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə (ASAN xidmət) Uqandanın müvafiq qurumu arasında anlaşma memorandumu imzalanıb. Qeyd olunub ki, “ASAN xidmət”in Uqandada yaradılması prosesinə dəstək istiqamətində ölkəmizdəki müvafiq qurumlar tərəfindən iş aparılır.
Söhbət zamanı Azərbaycanın UNESCO-nun xətti ilə Keniya, Tanzaniya və Uqandada gənc qızların təhsilini nəzərdə tutan etimad fondu layihəsinə dəstəyi yüksək qiymətləndirilib.
Uqanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Muhammad Tezikuba Kisambira Uqanda Prezidenti Yoveri Museveninin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev Uqanda Prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Uqanda dövlətinin başçısına çatdırmağı xahiş edib.
Muhammad Tezikuba Kisambira bildirib ki, ölkəmizə səfir təyin olunarkən Uqanda Prezidenti ona beynəlxalq aləmdə ölkələrimiz arasında siyasi dəstəyi gücləndirmək barədə tapşırıq verib. Səfir Prezident İlham Əliyev üçün uyğun vaxtda Uqandaya səfər etməklə bağlı ölkəsinin rəhbərliyinin dəvətini dövlət başçısına çatdırıb. O, həmçinin vurğulayıb ki, Uqanda rəhbərliyi Azərbaycanın bu ölkəyə investisiya yatırmasında maraqlıdır. Diplomat deyib ki, Uqanda Afrika qitəsində turizm sahəsində ölkəmizin təmsil olunması işinə töhfə verməyə hazırdır.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narinenin etimadnaməsini qəbul edib.
Reyting.az xəbər verir ki, səfir Kirsti Narine Finlandiya Prezidenti Sauli Niinistönün salamlarını dövlətimizin başçısına çatdırıb və etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Azərbaycan Prezidenti Finlandiya Prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Finlandiya dövlətinin başçısına çatdırmağı xahiş edib. Prezident İlham Əliyev Finlandiya Prezidenti ilə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini xatırladıb. Dövlət başçısı regionda vəziyyətin dəyişdiyini və regional əməkdaşlıq üçün geniş imkanların yarandığını vurğulayıb.
Səfir Kirsti Narine ölkələrimiz arasında çoxlu oxşarlıqların olduğunu deyib, əlaqələrimizi genişləndirmək üçün imkanların mövcudluğunu qeyd edib. Səfir Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini yüksək qiymətləndirib.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın, regionda sülhün və sabitliyin gücləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yakubu Santuraki Suleymanın etimadnaməsini qəbul edib.
Reyting.az xəbər verir ki, səfir Yakubu Santuraki Suleyman etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra dövlət başçısı səfirlə söhbət edib.
Prezident İlham Əliyev ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyini deyib, işğal dövründə Nigeriyanın hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirib. Dövlət başçısı münaqişənin artıq hərbi-siyasi yollarla həllini tapdığını vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilə qədər uzadılması məsələsinə Nigeriyanın verdiyi dəstəyə görə minnətdarlığını bildirib, bunu etimad və dostluq əlaməti kimi qiymətləndirib. Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlərin hüquqlarını müdafiə etdiyini, beynəlxalq hüququ və ədaləti dəstəklədiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev Yakubu Santuraki Suleymanın səfirlik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Səfir Yakubu Santuraki Suleyman Nigeriya Prezidenti Muhammadu Buharinin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Nigeriya dövlətinin başçısına çatdırmağı xahiş edib.
Səfir Nigeriya və Azərbaycanın həmişə ədalətin tərəfdarı olduqlarını deyib, ölkəsinin Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə, xüsusilə Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib.
Görüşdə ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin olduğu vurğulanıb, ticari münasibətləri genişləndirmək üçün imkanların mövcudluğu qeyd edilib.
Azərbaycanın Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərindən olan tələbələrin ölkəmizdə təhsil almaları üçün təqaüd ayırdığını və Nigeriyadan olan tələbələrin bu təqaüd proqramı çərçivəsində Azərbaycanın ali məktəblərində təhsil aldıqları vurğulanıb.

Bölməyə aid digər xəbərlər

8-11-2025, 17:18
Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar edib - Foto
8-11-2025, 10:54
Ərdoğan Azərbaycana gəlib - (Yenilənib)
7-11-2025, 23:09
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib - Foto
7-11-2025, 21:17
İlham Əliyev Məhəmməd Şahbaz Şəriflə görüşb - (Yenilənib) - Fotolar
7-11-2025, 20:50
Dindarlar Azərbaycan prezidentinə müraciət ünvanlayıblar
7-11-2025, 17:08
Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə görüşüb
7-11-2025, 16:34
Prezident İlham Əliyev fərman imzalayıb
7-11-2025, 16:05
Prezident hərbçilərə ali rütbə verib - Siyahı
7-11-2025, 14:02
İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib - Foto
6-11-2025, 23:41
Sahibə Qafarova Cevdet Yılmazla görüşüb
6-11-2025, 18:00
Hikmət Hacıyev Britaniyanın ticarət elçisi ilə görüşüb
6-11-2025, 16:25
"Invest in Azerbaijan" informasiya sistemi yaradılacaq - Fərman
6-11-2025, 12:58
Əliməmməd Nuriyev: "Hazırda amnistiya ilə bağlı hazırlıq yoxdur"
6-11-2025, 12:09
Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib - Fotolar
6-11-2025, 10:43
Şuşada hərbçilərin Zəfər yürüşü olub
6-11-2025, 09:57
Bakıda hərbi orkestrlərin müşayiəti altında yürüşlər başlayıb
5-11-2025, 19:15
Bakıda yüksək səviyyəli dəyirmi masa keçirilib - Fotolar
5-11-2025, 17:34
Hikmət Hacıyev Böyük Britaniyanın dövlət naziri ilə görüşüb
5-11-2025, 17:18
Milli Məclisin sədri Braziliyaya səfər edib
5-11-2025, 16:54
Azərbaycan üzərindən Ermənistana taxıl daşınır
5-11-2025, 15:55
Ermənistana gedən qatar Azərbaycandan Gürcüstana yola salınır
5-11-2025, 13:35
Prezident 10 nəfəri təltif edib - Siyahı
4-11-2025, 16:50
Özbəkistan prezidenti İlham Əliyevə məktub göndərib
4-11-2025, 16:41
Prezident İlham Əliyev daha bir fərman imzalayıb
3-11-2025, 17:05
Ceyhun Bayramov Əlcəzairə rəsmi səfərə gedib
3-11-2025, 11:49
İcra hakimiyyətindəki həbslər - Baş Prokurorluq məlumat yayıb
3-11-2025, 10:18
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
1-11-2025, 11:23
İlham Əliyev Əlcəzair prezidentinə məktub göndərib
31-10-2025, 22:38
Hikmət Hacıyev: "ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlıq nəzərdən keçirilir" - Video
31-10-2025, 20:35
Ərdoğan Azərbaycana səfər edə bilər
31-10-2025, 16:54
Hikmət Hacıyev: "Zəngəzur dəhlizi Cənubi Qafqazı dəyişəcək"
31-10-2025, 13:05
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
31-10-2025, 12:39
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxılıb
31-10-2025, 12:28
Daha bir şəhidimiz Zirədə torpağa tapşırılıb
31-10-2025, 11:52
Milli Məclis prezidenti və birinci vitse-prezidenti təbrik edib
31-10-2025, 10:38
Saxlanılan sabiq icra başçısının vəkili: "Bir onu deyə bilərəm ki..."
31-10-2025, 09:28
Bakıda "Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" adlı beynəlxalq konfrans keçirilir
31-10-2025, 09:01
Diplomatların Cəbrayıl və Zəngilana səfəri başlayır
30-10-2025, 18:20
Baş nazir Dövlət Mülki Aviasiya Agentliyi barədə qərar imzalayıb
30-10-2025, 15:13
Prezident icra başçısını vəzifədən azad edib - Sərəncam
30-10-2025, 14:41
İlham Əliyev Ermənistandakı sammitə qatılmayacaq

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək