QHT-lərə Dövlət Dəstəyi Agentliyinə yeni icraçı direktor təyin olunub
Tarix: 23-11-2021 15:19 | Bölmə: Gündəm
QHT-lərə Dövlət Dəstəyi Agentliyinə yeni icraçı direktor təyin olunub

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Agentlikdən Reyting.az-a verilən məlumata görə, iclasda Agentliyin icraçı direktorunun təyinatı məsələsinə baxılıb və bu vəzifəyə Aygün Əliyevanın namizədliyi irəli sürülüb.

Müşahidə Şurasının üzvləri məsələyə münasibət bildirərək A. Əliyevanın namizədliyini yekdilliklə dəstəkləyiblər.

Qeyd edək ki, Aygün Əliyeva 29 iyul 1988-ci ildə Bakı şəhərində anadan olub. O, 2010-cu ildə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsini, 2012-ci ildə Azərbaycan Dillər Universitetinin müvafiq ixtisas üzrə magistratura pilləsini, 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib.

2010-cu ildən başlayaraq Azərbaycan Dillər Universitetində prorektor köməkçisi, 2012-2013-cü illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi ofisində baş təlimatçı, 2013-2020-ci illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, 2020-ci ildən bu günədək isə TƏBİB-in İctimaiyyətlə ələqələr, kargüzarlıq və vətəndaş müraciətləri ilə iş departamentinin rəhbəri vəzifəsində işləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}