Putin: “Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir”
Tarix: 26-11-2021 16:12 | Bölmə: Gündəm
Putin: “Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir”

“Rusiya Federasiyası ilə Azərbaycan arasında strateji tərəfdaşlıq çox uğurla inkişaf edir”.

Reyting.az
-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə Azərbayan prezidenti İlham Əliyevlə ikitərəfli görüşdə deyib.

Putin qeyd edib ki, Qarabağ nizamlanmasında Rusiya sülhməramlıları müsbət rol oynayır.

“Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi də aktiv işləyir. Təəssüflər olsun ki, problemlər var, insidentlər olur. Təəssüflər ki, ölümsüz ötüşmür. Biz elə bunun üçün yığışmışıq ki, baxaq görək indiyə kimi nə edilib, bundan sonra belə şeylər baş verməsin, regionda vəziyyət sakitləşsin, region ölkələrinin inkişaf etməsi üçün şərait yaransın”, - Rusiya dövlət başçısı qeyd edib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}