Rusiya prezidenti Azərbaycanın dövlət başçısına təşəkkür edib
Tarix: 26-11-2021 16:39 | Bölmə: Gündəm
Rusiya prezidenti Azərbaycanın dövlət başçısına təşəkkür edib

Rusiya prezidenti Vladimir Putin Azərbaycanda rus dilinin dəstəklənməsinə görə prezident İlham Əliyevə təşəkkür edib.

Reyting.az
xəbər verir ki, iki lider arasında Soçidə keçirilən görüşdə V. Putin humanitar təmasların davam etdiyini bildirib:

“Hər şeydən öncə, mən hər zaman Sizinlə görüşlərimizdə bunu deyirəm, rus dilinin inkişafına və dəstəklənməsinə göstərdiyiniz diqqətə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycanda 300-dən çox rusdilli məktəb var. Azərbaycan məktəblilərinin 34 faizi rus dilində təhsil alır və ya rus dilini öyrənir. Bu, yaxşı göstəricidir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}