Putin Əliyevlə Paşinyana zeytun budağı hədiyyə edib
Tarix: 26-11-2021 21:26 | Bölmə: Gündəm
Putin Əliyevlə Paşinyana zeytun budağı hədiyyə edib

Rusiya prezidenti Vladimir Putin Soçidə keçirilən üçtərəfli görüşün yekunları ilə bağlı keçirilən birgə mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistan Baş naziri Nikol Paşinyana zeytun budağı hədiyyə verib.

Reyting.az
-ın məlumatına görə, Putin vurğulayıb ki, zeytun budağı sülhün və rifahın rəmzidir.

Prezident İlham Əliyev isə deyib ki, görüşdəki yeni qərarlar Cənubi Qafqazda təhlükəsizliyə töhfə verəcək:

"Soçidə keçirilən üçtərəfli görüşdə qəbul edilən qərarlar Cənubi Qafqazda daha təhlükəsiz və proqnozlaşdırıla bilən vəziyyətə töhfə verəcək. Putin və Paşinyanla üçtərəfli görüşdə hərtərəfli və səmimi söhbət olub".

İlham Əliyev vurğulayıb ki, Rusiya Azərbaycan strateji tərəfdaşdan da artıqdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}