Azərbaycan YUNESKO-nun daha bir komitəsinə üzv seçilib
Tarix: 02-12-2021 09:23 | Bölmə: Gündəm
Azərbaycan YUNESKO-nun daha bir komitəsinə üzv seçilib

30 noyabr - 1 dekabr 2021-ci il tarixlərində YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəfdar dövlətlərin 9-cu iclası keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, iclas çərçivəsində 30 noyabr 2021-ci il tarixində YUNESKO-nun Silahlı münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçkilər keçirilib.

Komitə üzvlüyünə Azərbaycan Respublikasının da namizədliyi irəli sürülüb və səsvermədə iştirak edən dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikası növbəti 4 il müddətinə Komitəyə üzv seçilib.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Respublikası 2021-2025-ci illər üzrə YUNESKO-nun İcraiyyə Şurasına da üzv seçilib.

Hər iki seçkilərdə əldə edilmiş yüksək səs sayına əsaslanan qələbələr Azərbaycanın YUNESKO dəyərlərinə sadiqliyinin beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilməsinin göstəricisidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}