"Qarabağ" növbəti qarşılaşma üçün səfərə yollanıb
Tarix: 18-08-2025 12:07 | Bölmə: İdman
"Qarabağ" növbəti qarşılaşma üçün səfərə yollanıb

"Qarabağ" UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində Macarıstanda "Ferentsvaroş"un qonağı olacaq.

Reyting.az
xəbər verir ki, Azərbaycan çempionu Heydər Əliyev Beynəlxalq Hava Limanından Budapeştə yola düşüb.

Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq. Cavab görüşü isə ayın 27-də Bakıda keçiriləcək.




Bölməyə aid digər xəbərlər