III MDB Oyunları: idmançılarımız bürünc medal qazanıb
Tarix: 06-10-2025 15:05 | Bölmə: İdman
III MDB Oyunları: idmançılarımız bürünc medal qazanıb

Azərbaycan III MDB Oyunlarında daha bir bürünc medalı təmin edib.

Məlumata görə, buna səbəb şpaqa növündə mübarizə aparan ölkə təmsilçiləri Mirxətai Məmmədov və Vahab Fətullayev 1/4 finalda bir-birlərinə rəqib olmasıdır.

İki qılıncoynadandan biri yarımfinala yüksələcəyi üçün Azərbaycan daha bir medalı təmin edib.

Digər qılıncoynadan Misirzadə Oruc isə yarımfinala gedən yolda Nurməhəmməd Muminovla (Özbəkistan) qarşılaşacaq.




Bölməyə aid digər xəbərlər